Veb Saytların Hazırlanma Mərhələləri
1. Saytın yaradılması üçün bütün tələblərin müəyyənləşdirilməsi
Veb saytının inkişafı üçün qısa məlumatın doldurulması, əlavə sualların cavablandırılması, rəqiblərin veb saytlarının təhlilinin aparılması daxildir. Texniki tapşırığın müştəri tərəfindən göndərilməsi
2. Toplanmış məlumatlar əsasında saytın yaradılmasıüçün ətraflı texniki tapşırıq tərtib olunur və gələcək saytın səhifələrinin prototipi hazırlanır.
Beləliklə, sayt səhifələrinin prototipləri gələcək sayt səhifələrinin quruluşunu əyani şəkildə qiymətləndirməyə imkan verir və Texniki Tapşırıqda bu səhifələrin ətraflı təsviri saytın məntiqini anlamağa imkan verir.
3. Sayt dizaynının yaradılması
Saytın yaradılması üçün Texniki tapşırıq-da təsvir olunan məlumatlara əsasən fərdi bir veb dizayn hazırlanır.
4. Saytın maketi (vertska)
Dizaynların şəkillər əsasında statik html səhifələrə çevrilməsi və saytın fərdi interaktiv elementlərinin - açılan pəncərələr, açılan siyahılar, qalereyalar, sürgülər və s. əyani görmək üçün hazırlanır.
5. Proqramlaşdırma
Saytın statik səhifələrini sayt idarəetmə sisteminə bağlamaq, sayt idarəetmə sistemini qurmaq, sayta dinamik məlumatların çıxmasını təşkil etmək.
6. Saytın sınaqdan keçirilməsi (testing)
Veb Saytın son sınaq və yoxlanışı üçün serverdə test mühiti yaradılır. Həm də bu mərhələdə saytı məzmunla doldurmaq üçün üzərində işlər davam etdirilir.
7. Saytın yerləşdirilməsi
Test mərhələsini uğurla keçmiş sayt hostingə və ya cloud serverə yüklənir, poçt və interaktiv modullar konfiqurasiya olunur. Bura saytın googe bing yandex tərəfindən indekslənməsidə daxildir. Beləki sayt istifadəyə buraxıldıqda. robots.txt , sitemap.xml kimi seo ya önəmli kömək edən sazlamalar yaradılmalıdır.
Onu da qeyd etmək lazımdır ki, hər mərhələdə hər bir mərhələ üçün hesabat materialları ilə təmin olunan müştəri ilə daimi iş aparılır. Yeni mərhələ yalnız əvvəlki mərhələnin müştərisi tərəfindən təsdiqləndikdən sonra başlayır. İnkişafı sürətləndirmək üçün bəzi mərhələlərdə işlərin paralel icrasından istifadə edirik ki, bu da inkişaf müddətini tələb olunan ümumi vaxtın yüzdə 40-a endirməyə imkan verir.